Nailiyyətlərimiz

Laureatımız10 "B" sinif şagirdi Zəhra Qəhrəmanova Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibəti ilə ümumtəhsil və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında gənc ifaçıların II Respublika müsabiqəsinin laureatı olmuş, II dərəcəli diplomla təltif edilmişdir.

İnşa yazı müsabiqəsinin qalibiMəktəbin 9a sinif şagirdi Məmmədova Şanay Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən "Azərbaycan gəncləri narkotiklər əleyhinə" mövzusunda İNŞA YAZI müsabiqəsində fərqləndiyinə görə Bakı şəhər Gənclər İdman Baş İdarəsinin diplomu ilə təltif olunmuşdur.

FəxrimizTeymur Sadıxov Bakı şəhərindəki 211 nömrəli orta məktəbin məzunudur. O, orta məktəbi 9 ilə başa vurub. Dünyaca tanınmış İstanbul Texniki Universitetin 240 illik tarixi ərzində ilk və yeganə ən yüksək ballı məzunudur. Teymur İstanbul Texniki Universitetində bakalvriat səviyyəsində dövlət xətti ilə təhsil alıb, ABŞ-ın Corciya Texnologiya İnstitutunun magistratura təhsilini dövlət proqramı ilə davam etdirib. Hazırda Corciya Texnologiya İnstitutunda doktorantura (Phd) səviyyəsində təhsil alır. Məzunumuz hazırda NASA-nın Jet Propulsion laboratoriyasında Robotik Sistemlərin Qiymətləndirilməsi, Qərar və nəzarət qrupunda elmi tədqiqatçı, Mars planetində olan Curiosity Rover-in avtonom idarə olunması, eləcə də JPL yüksək mobilli çoxməqsədli təkərli nəqliyyat vasitəsinin avtonom, insansız idarə olunması layihələrinin iştirakçısıdır. İstanbul Texniki Universitetində Təyyarə və Kosmik Elmlər fakültəsinin Təyyarə Mühəndisliyi ixtisası üzrə təhsil alan Teymur Sadıxov hələ tələbə ikən dik və qısa məsafədə havaya qalxan və enən nəqliyyat vasitələrinin simulyasiyası və nəzarəti ilə bağlı elmi araşdırmalar aparıb. Bundan başqa o, yanacaq hüceyrəsi ilə çalışan yarış avtomobilinin manual nəzarətdən avtonom idarəetməyə keçirilməsi üzərində işləyib. İşinin çoxluğuna baxmayaraq, Teymur təhsilini davam etdirmək arzusunu həyata keçirməyə tələsirdi. Belə bir perspektivli gəncin üzünə dünyanın bütün universitetlərinin qapısı açıq idi. O, indiyədək xaricdə təhsil almış yeganə azərbaycanlıdır ki, təhsilin növbəti pilləsi üçün müraciət etdiyi 10 tanınmış ali məktəbin hamısından müsbət cavab alıb və təhsil müddətində ona yüksək təqaüd təklif olunub.

HAQQIMIZDA

211 nömrəli tam orta məktəb 1963-cü ildə istifadəyə verilmişdir. Məktəb şəhid Akif Abdullayevin adını daşıyır....

BİZİM FƏXRLƏRİMİZ

Aytac Tahirli Mübariz

Əjdər Rəcəbov Kamran

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi