"Zəfər bayramı"na həsr olunmuş rəsm və əl işləri sərgisi keçirilib
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/16673998346362809aa99220.04869412.jpg)
"Zəfər günü" ilə bağlı məktəbdə "Kiçik akademiya" üzvlərinin rəsm və əl işlərindən ibarət sərgi təşkil edilib. Sərgi şagirdlərdə vətənə, torpağa məhəbbət hissi aşılamaq, hərbi-vətənpərvərlik ruhunun təbliği, istedadlı uşaqların aşkar edilməsi, həmçinin, Vətən Müharibəsində şəhid olan qəhrəmanlarımızın əziz xatirəsini ehtiramla yad edilməsi məqsədilə keçirilib.