“31dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr olunmuş tədbir

    29 dekabr 2017-ci il tarixdə “ 31dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr olunmuş tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başladı. Məktəbin direktoru Arizə xanım Mahmudova çıxış edərək bildirdi ki, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında ulu öndərin təşəbbüsü ilə dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi elan edilmişdir. Dahi şəxsiyyət Heydər Əliyevin xalqımızın birliyi və həmrəyliyinə yönəlmiş ideyalarının əbədi yaşayacağını qeyd edən sözçü vurğulamışdır ki, ölkəmizin gələcək inkişafı harada yaşamasından asılı olmayaraq azərbaycanlıların birliyindən asılıdır. Bu birlik isə getdikcə Azərbaycanın dünyada nüfuzunun daha da artmasına və qüdrətli dövlətə çevrilməsinə böyük təkan verəcəkdir. Daha sonra məktəbin tarix müəllimi Quliyeva Dilşad müstəqil dövlətimizin yaranmasında və inkişafında, azərbaycançılıq ideologiyasının formalaşmasında, dünya azərbaycanlılarının həmrəyliyində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən bəhs etdi. Sonda tədbir şagirdlərin çıxışları ilə yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi