Məktəbin 55 illik yubileyi

23 dekabr 2017-ci il tarixdə məktəbin 55 illiyinə həsr olunan tədbir keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin müavini Rəna xanım, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümum təhsil sektorunun məsləhətçisi Yaqut xanım, Sabunçu rayon Gənclər İdarəsinin nümayəndəsi Mənzər xanım, ümumi təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və digər qonaqlar iştirak edirdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başladı. Çıxış edən məktəbin direktoru Arizə xanım Mahmudova məktəbin tarixinə nəzər salıb, təhsil müəssisəsinin keçdiyi inkişaf yolundan danışdı. O, məktəbin məzunları arasından kifayət qədər tanınmış şəxslərin çıxdığını, onların Azərbaycanın ictimai-siyasi həyatına layiqli töhfələr verdiyini bildirdi. Direktor məktəbin təcrübəli pedaqoji kollektivinin olduğunu, müəllimlərin səylə çalışdığını, şagirdlərin təhsilində, dünyagörüşünün formalaşmasında əvəzsiz xidmətlər göstərdiyini qeyd etdi. Tədbirdə çıxış edənlər son illər respublikada aparılan təhsil islahatlarından söz açaraq, ümummilli lider Heydər Əliyevin hələ keçən əsrin 60-cı illərinin sonlarından başlayaraq, təhsilə verdiyi töhfələr haqqında danışdılar. Bildirildi ki, ulu öndərin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyev də hər zaman təhsilə böyük diqqət və qayğı göstərir. Tədris ocağının 55 illik yubileyi münasibətilə məktəb kollektivini və iştirakçıları təbrik edən məktəbin məzunları təhsil müəssisəsi ilə bağlı xatirələrini bölüşdülər. Tədbir şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalarla davam etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi