Beynəlxalq Sülh günü

21 sentyabr Beynəlxalq Sülh günüdür. BMT-nin 30 noyabr 1981-ci il tarixli qərarı ilə sentyabrın 21- i dünyada “Beynəlxalq Sülh günü” kimi qeyd olunur. Bu tarix nəinki xalqlar arasında, həmçinin, ailələrdə, məktəblərdə zorakılığa qarşı mübarizənin aparılmasına və birgəyaşayışın təmin edilməsinə nail olmaq üçün bir gündür. Bu gün münasibəti ilə məktəbimizdə Sülh gününə həsr olunmuş tədbir keçirildi. Tədbiri çıxış sözü ilə tərbiyə işləri üzrə direktor müavini Rəsulova Vəfa açdı. O, qeyd etdi ki, “Sülh və əmin-amanlıq olmadan insan hüquqlarına tam riayət olunması mümkün deyil. Sülh Azərbaycanda dövlət siyasətinin tərkib hissəsidir. Bu siyasətin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur və ölkə Prezidenti İlham Əliyev tərəfindən ardıcıl surətdə, uğurla həyata keçirilir. Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra Ulu öndər Heydər Əliyevin səyi nəticəsində demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu olaraq seçmiş, beynəlxalq dövlətlər birliyinin tamhüquqlu üzvünə çevrilmişdir”. Tədbir şagirdlərin çıxışları ilə davam etdirilib. Şagirdlər şeirlər, mahnilar söyləyərək, səhnəciklər, rəqslər nümayiş edərək Sülh gününü qeyd ediblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi