5-11-ci sinif şagirdləri arasında dama yarışı

Martın 5-də "5 mart - Bədən Tərbiyəsi və İdman Günü” ilə əlaqədar olaraq, məktəbin 5-11-ci sinif şagirdləri arasında dama yarışı keçirildi. Məktəbin fiziki tərbiyə müəllimləri Murad Mehdiyev, Natiq Quliyev və Hacı Qurbanovun təşkilatçılığı ilə keçirilən yarışda bütün şagirdlər uğurlu oyun nümayiş etdirdilər. Sonda yarışın nəticələrinə görə 1-ci yerə 11 b sinif şagirdi Əliyeva Fatimə, 2-ci yerə 9 c sinif şagirdi Məmmədzadə Ağaismayıl və 3-cü yerə isə 10 b sinif şagirdi Şükürov Ağabala layiq görüldü. Yarışın sonunda qalib şagirdlər məktəb rəhbərliyi tərəfindən diplomla mükafatlandırıldı.