Valideyn iclası
Uşaqların davamlı inkişafına yönəlmiş pedoqoji fəaliyyətə dəstək vermək məqsədilə valideynlərin sistemli şəkildə pedoqoji-psixoloji maarifləndirilməsi üçün yanvarın 9-da məktəbin 6-cı sinif şagirdlərinin valideyn iclası keçirildi. İclası giriş sözü ilə açan məktəbin direktoru Səbahət Ağayeva qeyd etdi ki, məktəb-valideyn əlaqəsinin səmərəli qurulması mühüm vəzifələrimizdən biridir. İclasda həmçinin məktəbdaxili monitorinqlərin nəticələrinin təhlili, şagird davranış və təhlükəsizlik qaydaları üzrə müzakirələr aparıldı. Eyni zamanda qeyd edildi ki, şagirdin təlim nəticəsinin yüksəldilməsində müəllimin ən yaxın köməkçisi valideynlərdir. Məhz buna görə də məktəb-valideyn əməkdaşlığı mütləqdir və bu istiqamətdə maarifləndirici söhbətlər aparılıb, valideynləri maraqlandıran suallar cavablandırıldı.