5 a sinfində valideyn iclası
Oktyabrın 16-da məktəb rəhbərliyinin iştirakı ilə 5 a sinfində valideyn iclası keçirildi. Məktəbin direktoru Səbahət Ağayeva tərəfindən iclasın gündəliyində olan məsələlər valideynlərin nəzərinə çatdırıldı. İclasın gündəliyində aşağıdakı əsas məsələlər qoyulmuşdur:
1.Tədris ili ərzində şagirdlərlə təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə aparılacaq işlər haqqında
2.Uşaqların təlim-tərbiyəsində valideynlərin məsuliyyətinin artırılması
3. Təlim müvəffəqiyyətinin şagird gündəliklərində izlənilməsi
4.Şagirdlərin dərsə davamiyyəti, dərsdən qalma, dərsə gecikmə və dərsdən yayınma hallarının qarşısını almaq məqsədilə nizam-intizamın, məktəbli formasının və məktəb əmlakının qorunmasının nəzarət altında saxlanılması
Tədrisin daha da uğurlu olması üçün valideynlərin qarşısında dayanan vəzifələr müzakirə olundu.