Gənc müəllimlər ilə iclas

Oktyabrın 16-da məktəbin direktoru Səbahət Ağayeva tərəfindən məktəbə yeni qəbul olan gənc müəllimlər ilə iclas keçirildi. İclasda qeyd edildi ki, son illər müəllimlərin stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. 2024/25-ci dərs ilinin proritet fəaliyyət istiqamətləri, təhsilin keyfiyyətinin artırılması baxımından görüləcək işlər, siniflər üzrə proqram materiallarının şagirdlər tərəfindən mənimsənilməsi vəziyyətini diaqnostik qiymətləndirmə vasitəsilə öyrənib çatışmazlıqların yeni tədris ilində intensiv tədris yolu ilə aradan qaldırılması məsələlərinin müzakirəsi oldu. Qeyd edilən məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib, aidiyyəti tapşırıqlar verildi və müəllimləri maraqlandıran suallar iclasın sonunda cavablandırıldı.