5 yaşlı uşaqların məktəbəhazırlıq təhsilinə başlanıldı

       Oktyabrın 1-dən başlayaraq məktəbimizdə 5 yaşlı uşaqların məktəbəhazırlıq təhsilinə başlanılıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli qərarına əsasən, dövlət ümumi təhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunublar. Məktəbəhazırlıq qrupunda məşğələlər yüksək iş təcrübəsinə malik ibtidai sinif müəllimləri Ağayeva Təranə, Yaqubova Ruhanə tərəfindən aparılır. Məktəbin direktoru Səbahət Ağayeva çıxış edərək, şagirdləri məktəbə ilk qədəm qoymaları, valideynləri isə övladlarının məktəbə gəlişi münasibətilə təbrik etdi. Qeyd etdi ki, hazırda məktəbəhazırlıq qrupunda şagirdlər 2 qrup –Azərbaycan bölməsi sinifləri üzrə təhsil alacaqlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi