“Yeniyetmələrin intellektual inkişafında zehni oyunlar” layihəsi
Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il kiçik Qrant müsabiqəsi çərçivəsində Sabunçu rayonu Maştağa, Nardaran və Bilgəh qəsəbələrində “Yeniyetmələrin intellektual inkişafında zehni oyunlar ” layihəsinin icrasını davam etdirir. “Yeniyetmələrin intellektual inkişafında zehni oyunlar” layihəsinin Fəaliyyət Planına uyğun olaraq, 26 sentyabr 2024-cü ildə Sabunçu rayonu, Maştağa qəsəbəsi K.Məmmədov adına 209 nömrəli tam orta məktəbdə layihə çərçivəsində pedaqoji heyətin üzvlərinin iştirakı ilə 20 nəfər (10 oğlan, 10 nəfər qız) arasında Anket-Sorğusu keçirilmişdir. K.Məmmədov adına 209 nömrəli tam orta məktəbin direktoru Səbahət Ağayeva çıxış edərək, məktəbliləri “Yeniyetmələrin intellektual inkişafında zehni oyunlar” layihəsində fəal iştiraka çağırdı. Tədbirdə məktəbin pedaqoji kollektiviin uzvləri, məktəbin təşkilatçısı V.Rəsulova, UBTR T.Əliyeva, fiziki tərbiyə müəllimləri N.Quliyev, M.Mehtiyev iştirak edirdilər.