“Böyüklərə, yaşlılara hörmət”
Ulu öndər Heydər Əliyev çıxışlarının birində Azərbaycanın yeni nəslinin təlim və tərbiyəsinin əsas məqsədindən danışaraq belə deyir: “Biz çalışmalıyıq ki, gənclərimiz Azərbaycan xalqına xas mənəvi, milli ənənələr əsasında tərbiyə edilsinlər. Unutmamalıyıq ki, böyüklərə hörmət, ətrafınmızdakılara hörmət mənəviyyatımızın əsasını təşkil edir." Bu fikrə əsaslanaraq, məktəbimizin III b sinif şagirdləri 17 fevral 2017-ci il tarixdə “Böyüklərə hörmət edək!” adlı səhnəciyi hazırlayıb, nümayiş etdirdilər. Səhnəciyi hazırlamaqda əsas məqsəd gənc nəsilə böyüklərə hörmət hissini aşılamaqdır. Gəlin, qocalarımıza hörmət edək və onları qoruyaq!