Açıq dərs
16 fevral 2017-ci il tarixində məktəbimizin V a sinfində Əliyeva Aytən İnformatika fənnindən “Alqoritmin təsvir üsulları” mövzusunda açıq dərs keçirilmişdir. Dərsdə alqoritm mövzusu haqqında şagirdlərə çoxlu ətraflı məlumat verilmişdir. Şagirdlər bu mövzunu dərindən mənimsəmiş, həyatda hər bir şeyin bir ardıcıllıqla baş verməsinə dair nümunələr göstərmişlər. Açıq dərsdə məktəbin rəhbərliyi iştirak edib. Dərsdə əyani vəsaitlərdən və təqdimatdan istifadə olundu. Müəllimin proqramı, icmalı və jurnal yoxlanıldı. Bunlar dərsin gedişinə uyğun idi. Sonda dərsin müzakirəsi aparıldı.