“STEAM dərslərində Minecraftdan istifadə"
Sentyabrın 21-də Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI QRANT müsabiqəsində məktəbin direktoru Səbahət Ağayevanın fərdi layihələr kateqoriyası üzrə qalib gəldiyi “STEAM dərslərində Minecraftdan istifadə" adlı layihənin məktəbdə açılış tədbiri keçirildi. Tədbirdə məktəbin direktoru Səbahət Ağayeva, təhsil eksperti Əli Məmmədov və təlimçi Təranə Nuriyeva iştirak edirdi. Tədbirdə iştirak edənlər layihənin məqsədindən danışıb qeyd etdilər ki, layihədə qarşıya qoyulan əsas vəzifələr tətbiq ediləcək innovativ tədris metodlarından istifadə edərək şagirdlərin təhsilə marağının artırılması, bu şagirdlərin cəmiyyətimizə sağlam şəkildə adaptasiyasını sürətləndirib, bu prosesə töhfə vermək, layihə istirakçılarının asudə vaxtlarının səmərəli keçirilmələrini təşkil edib, onları zərərli vərdişlərdən yayındırmaq, Azərbaycanımıza, dövlətçiliyimizə layiqli vətəndaşlar kimi formalaşmalarında az da olsa pay sahibi olmaqdır.