Nailiyyətlərimiz

KOPERNİK OLİMPİADASININ QALİBLƏRİ19.12.2022-ci il tarixində keçirilən ABŞ-ın məşhur Beynəlxalq Kopernik Olimpiadasında şagirdlərimiz 3-cü sinifdən 11-ci sinifə qədər təhsilaların yarışdığı Riyaziyyat kateqoriyasında iştirak edərək qalib olmuş, medallarla təltif olunmuşdur. Uğurlarinız daim bol olsun, belə davam edin. Barış Vəlizadə qızıl,Azaylı Aydan- gümüş,Azaylı Cavid- bürünc,Məmmədov Nicat -bürünc Bütün iştirakçılar dünyanın 26 ölkəsində Beynəlxalq Universitetlər tərəfindən tanınan Kopernik Olimpiadasının Beynəlxalq sertifikatı ilə təmin olunmuşlar. Qızıl, gümüş, bürünc medallar əldə edən iştirakçılar Amerikada final mərhələsində iştirak haqqı qazanırlar.

Birlikdə üzək- II yerAzərbaycan respublikası Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən "Birlikdə üzək" qapalı məkanlarda üzgüzüçülük yarışında qadınlar kateqoriyasında II yeri tutduğuna görə VI sinif şagirdi İbrahimova Aylin İdris qızı diploma layiq görülmüşdür. Şagiridmizi təbrik edir, ona növbəti müsabiqələrdə uğurlar arzu edirik.

Fövqəladə hallar uşaqların gözü ilə“Fövqəladə hallar uşaqların gözü ilə” X Respublika uşaq yaradıcılıq müsabiqəsində Nərimanov rayonu, S. Yolçuyev adına 207 nömrəli tam orta məktəb KA üzvü VIII sinif şagirdi Mədinə Babayeva Qəzənfər qızı “Rəsm” nominasiyası üzrə III yerə layiq görülmüşdür. Müsabiqənin keçirilməsində məqsəd ictimaiyyətin diqqətinin fövqəladə hallarla bağlı problemlərə yönəldilməsi, məktəblilərə təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin aşılanması, onların vətənpərvərlik ruhunda yetişdirilməsi, eləcə də istedadlı uşaqların üzə çıxarılması və onlara dəstək verilməsidir. Bu münasibətlə şagirdimizi təbrik edir və ona gələcək müsabiqələrdə uğurlar arzu edirik. Təsviri incəsənət müəllimi Seyidzadə Baba muəllimin də rolu boyükdür. Gənc müəllimlərin istedadlı şagirdlərinin uğurunu görmək bizə qürur verir.

HAQQIMIZDA

Əsası 1960-cı ildə qoyulan Sərhəddin Yolçuyev adına 207 saylı tam orta məktəb Nərimanov rayonunda yerləşir. Məktəbimizin məqsədi milli ruhda nümunəvi tər...

BİZİM FƏXRLƏRİMİZ

Cavid Azaylı Elçin

Nicat Məmmədov Tahir

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi