Valideyinin məktəbdə bir günü

16 fevral 2019- cu il tarixində S. Yolçuyev adına 207 nömrəli tam orta məktəbdə “Valideyinin məktəbdə bir günü” layihəsi çərçivəsində geniş miqyaslı tədbir həyata keçirildi.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru S. Seyidova valideyinləri salamlayaraq, layihə haqqında ətraflı məlumat verdi. Müasir dövrümüzdə şagird şəxsiyyətinin formalaşmasında məktəb- valideyin əlaqəsinin düzgün qurulmasının vacibliyini qeyd edərək valideyinləri məktəblə sıx əməkdaşlığa dəvət etdi.

Məktəbin direktoru S. Seyidovanın çıxışından sonra məktəb- valideyin əməkdaşlığının bir sıra ölkələrdə necə təşkil olunduğunu əks etdirən videoçarx nümayiş etdirildi.

Tədbirdə məktəbin psixoloqu K. Fərmanlı, tərbiyə işləri üzrə direktor müavini S.İsmayılova, məktəbin kitabxana müdiri M. Məmmədova maraqlı faktlarla çıxış etdilər.

Tədbirdə iştirak edən valideyinlər də məktəb- valideyin əməkdaşlığına aid bir sıra əhəmiyyətli təkliflər irəli sürdülər.

Maraqlı diskussiya ilə davam edən tədbir şagirdlərin hazırladıqları bədii hissə ilə yekunlaşdı.

Sonra valideyinlər məktəbin bufeti, idman zalı və laboratoriyaları ilə yaxından tanış oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi