“Azərbaycan  dili və ədəbiyyat” fənn aylığı.

“Azərbaycan  dili və ədəbiyyat” fənn aylığında
Sevinc Əliyevanın 6"b" sinfində ədəbiyyat  fənnindən təşkil etdiyi  nümunəvi dərsin mövzusu "Ağıllı uşaq" nağılının təqdimatı və  təhlili idi.Yeni metodlar tətbiq edilərək praktik bacarıqların inkişafı təmin olunmuşdur. Şagirdlər qruplara bölünərək fəaliyyət göstərdilər. Əsas və digər obrazların xarakterlərindəki başlıca xüsusiyyətlər aydılaşdırılaraq  onlara şagirlər öz münasibətlərini bildirdilər. Şifahi və yazılı ədəbiyyatın fərqini, eləcə də nümunələrdəki bədii təsvir vasitələrinin rolu şagirdlər tərəfindən aydınlaşdırılmışdır.Nağılları digər janrlardan fərqləndirən əsas xüsusiyyətlər göstərildi. Nağılın mövzu və ideyasına şagirdlər münasibət bildirdilər. Rollu oyunlardan istifadə edərək şagirdlərin səhnələşdirdikləri səhnələr təqdim edildi. Bu da hamının marağına səbəb oldu. Nağıldakı ardıcıllıq və təhlil üzrə  iş  hansı qrupun daha mükəmməl iş aparmasını aşkar etdi. Nağıla uyğun atalar sözləri şagirdlər tərəfindən müəyyən edildi və digər oyunlar bir daha ədəbiyyat fənninin insan həyatında böyük tövhələr verdiyini sübut etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi