Pedaqoji şuranın iclası

9 yanvar 2019-cu il tarixdə məktəbimizdə Pedaqoji Şuranın növbəti iclası keçirildi. İclası giriş sözü ilə məktəbimizin direktoru S. Seyidova açıq elan etdi. İclasda 2018-2019-cu dərs ilinin I yarımil üçün məktəb rəhbərliyi tərəfindən aparılan böyük summativ qiymətləndirmələrin nəticələrinin yarımillik qiymətlərlə müqayisəli təhlili, fənlər üzrə zəif nəticə göstərən siniflərlə aparılan işlər, IX-XI siniflərdə aparılan yoxlamaların nəticələri, I yarımildə şagirdlərin fənn olimpiadalarında, fənn müsabiqələrində göstərdikləri nəticələr, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması sahəsində tədbirlər planının təsdiqi və görülmüş işlər haqqında hesabatlar dinlənildi. Təhsilin keyfiyyətinin dinamik inkişafına nail olmaq, məktəbdaxili nizam-intizam qaydalarının möhkəmləndirilmək, şagirdlərin dərsə davamiyyətinin daha da yaxşılaşdırılmağın həlli yollarından danışıldı.  İngilis dili müəllimi R. Rzayeva “Kiçik akademiya” mövzusunda öz təcrübələrini bölüşdü. Valideyn iclaslarındada söylənilən problemlərin həlli üçün Pedaqoji Şura üzvlərinin fikir və təklifləri əsasında qərarlar qəbul edildi. Sonda I yarmildə məktəbin ictimai həyatında xüsusi fəaliyyəti ilə fərqlənən müəllimlərə məktəb rəhbərliyi tərəfindən təşəkkür elan edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi