Əbədiyaşar Hüseyn Cavid

Bu gün məktəbimizdə 9a sinif şagirdlərinin hazırladıqları “Əbədiyaşar Hüseyn Cavid” adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin sədaları ilə başlandı. Tədbirdə 207 saylı məktəbin direktoru S. Seyidova, məktəbin müəllim və şagird kollektivi iştirak edirdi.

Tədbirdə şairin müxtəlif mövzularda yazdığı şeirlər şagirdlər tərəfindən məharətlə ifa edildi. Dahi şairimizin həyat və yaradıcılığından bəhs edən təqdimat Hüseyn Cavidin şərəfli və mənalı həyatından, zəngin yaradıcılığından ətraflı məlumat verirdi. Tədbirdə şagirdlər Hüseyn Cavidin dram əsərlərinə də müraciət edərək şairin “Ana” dramını səhnələşdirmişdilər.

“Qırmızı Terror”un şairin həyatında buraxdığı faciələr də şagirdlərin diqqətindən yayınmadı.

Kəssə hər kəs tökülən qan izini,

Qurtaran dahi odur yer üzünü

- deyən şairin xatirəsi yaddaşlarda əbəi yaşayacaq

Tədbir çox maraqlı keçdi.

Hüseyn Cavid cismən bizimlə olmasa da, o ruhən hər zaman bizimlədir. Xalqımız heç bir zaman o böyük sənətkarını unutmayacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi