Düşünülmüş peşə seçimi gələcək uğurumuzun zəminidir

Nərimanov rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə 207 nömrəli tam orta məktəbdə “Düşünülmüş peşə seçimi gələcək uğurumuzun zəminidir” mövzusunda tədbir keçirilmişdir.

Keçirilmiş tədbirdə 207 nömrəli məktəbin 90 şagirdi iştirak edirdi. Tədbirdə Bakı şəhər Məşğulluq İdarəsinin rəis müavini Fatimə Ələkbərova, aparıcı məsləhətçi Rəşad Muradov, Dövblət Məşğulluq Xidmətinin əməkdaşı Sevinc Müslümova, Binəqədi rayon Məşğulluq mərkəzinin direktor müavini Elnur Əkbərov, SRS Consulting şirkətinin təlimçisi Şahin Zülfüqarov, eləcə də Nərimanov rayon Məşğulluq Mərkəzinin direktoru Qurban Nəzirov, direktor müavini Rövşən Məmmədov, Aktiv tədbirlər Sektorunun aparıcı məsləhətçisi Sədaqət Muradlı, məsləhətçi Fərhad Xəlilov, məktəbin pedoqoji kollektivi və valideyinlər iştirak etmişdir.

Tədbirdə yuxarı sinif şagirdlərinin və onların valideyinlərinin suallarına cavab verilmiş, peşə seçimi ilə bağlı zəruri tövsiyələr verilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi