8 MART BEYNƏLXALQ QADINLAR BAYRAMI

Bu gün məktəbimizin ibtidai sinif müəllimi Zemfira Məmmədovanın və valideyn Sevil Ağaşovanın təşkilatçılığı ilə 3a sinfində “8 mart Beynəlxalq Qadınlar günü”nə həsr olunmuş tədbir keçirildi.Tədbirdə şagirdlər qadınlara həsr olunmuş şeirlər səsləndirdilər və bir neçə kiçik səhnəciklər də nümayiş etdirdilər. Həmçinin tədbirdə vətənə, bahara,analara həsr olunmuş videoçarx da nümayiş etdirildi. Daha sonra ibtidai siniflərdə tədris işləri üzrə direktor müavini Gülnarə Vəliyeva və məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Sədaqət İsmayılova çıxış edərək tədbirdə iştirak edən bütün qadınları bayram münasibətilə təbrik etdilər. Sonda valideyn Sevil Ağaşova qadınlara həsr etdiyi şeirini tədbir iştirakçilarına ərməğan etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi