Xocalı soyqırımı

Xocalı soyqırımı hər bir bəşər övladını dəhşətə gətirmişdi. Həmin gecə Azərbaycan tarixinə qanlı hərflərlə yazılmışdır . 25 il ötsə də qan yaddaşımızı unutmadıq, unutmarıq da. İnsanlığa qarşı törədilmiş bu cinayət aktı beynəlxalq aləm tərəfindən öz hüquqi qiymətini almalıdır. Cinayət cəzasız qalmamalıdır. Azərbaycan işğal olunmuş torpaqların azad edilməsi haqqında 4 qətnamə qəbul etsə də, işğalçı Ermənistan bunları hələ ki, yerinə yetirmir. Əminik ki, xalqımız Ali Baş Komandanımızın əmri ilə istənilən yolla düşmən tapdağı altında olan torpaqlarımızı azad edəcək, şəhidlərimizin qanı yerdə qalmayacaq. Bu gün Xocalı soyqırımının 25- ci il dönümü ilə əlaqədar məktəbimizdə tədbir keçirildi. Tədbir şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilməklə başlandı. Daha sonra himn səsləndi.Tədbirdə faktlar söylənildi, videoçarx təqdim olundu. V,VII, X sinif şagirdləri tərəfindən hazırlanmış şeir, səhnəcik və mahnıları təqdim olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi