Xocalı faciəsi

Bu gün məktəbimizin kitabxanasında 26 fevral Xocalı Soyqırımına həsr olunmuş tədbir keçirildi. Tədbirdə “Respublika” qəzetinin şöbə müdiri, əməkdar jurnalist, yazıçı Qədr Aslanlı, İbtidai siniflər üzrə direktor müavini Gülnarə Vəliyeva, məktəbimizin kitabxana müdiri Məlahət Məmmədova, Rayon mərkəzi kitabxanasının işçiləri Səidə Sərdarova, Aygün Əliyeva, Şəfiqə Ağayeva, Mehriban Mövsümova, Minayə Hüseynova da iştirak etdilər. Aygün Əliyeva “Xocalı faciəsi”, Şəfiqə Ağayeva “Xocalının tarixi və mədəniyyəti”, Səidə Sərdarova isə “Xocalının milli qəhrəmanları” mövzusunda çıxış etdilər. Məktəbin şagirdləri Xocalı faciəsinə həsr olunmuş şeirlər söylədilər. Həmçinin şagirdlər Xocalı faciəsinə həsr olunmuş rəsm əsərlərini və əl işləriniı tədbir iştirakçılarına təqdim etdilər.Tədbirinin sonunda məktəbin direktoru Sədaqət xanım Seyidova çıxış edərək şagirdlərə vətənpərvərlik ruhunda böyümələri, vətəninin, torpağının layiqli övladları olmalarını arzuladı. Daha sonra Sədaqət Seyidova dövlət başçısı Cənab İlham Əliyevin gənclərimizə göstərdiyi qayğıdan söhbət açaraq, onların da dövlətimizə, millətimizə dayaq olacaqlarına, elimləriylə , təhsilləriylə Azərbaycanımızı bütün dünyada tanıdacaqlarına ümid etdiyini bildirdi
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi