“Ekoloji mədəniyyət və incəsənət. Azərbaycanın ekoloji və etnoqrafiya” sı mövzusunda sərgi keçirildi
2016/2017 – ci tədris ilinin fevral ayı Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan bütün ümumtəhsil məktəblərində “Ekoloji mədəniyyət və incəsənət. Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası” mövzusu ətrafında araşdırma, fəaliyyət və müxtəlif məzmunlu tədbirlərin həyata keçirilməsi planlaşdırılmışdır. Bununla əlaqədar olaraq bugün məktəbimizin tarix müəllimi Quliyeva Məlahət “Ekoloji mədəniyyət və incəsənət. Azərbaycanın ekoloji və etnoqrafiya” sı mövzusunda sərgi keçirilib. Sərgidə tariximizin keçmişinin zənginliyindən bəhs edən nümunələr var idi. Sərginin keçirilməsində məktəbin VIB, VIIA, VIIIC sinfləri çox fəal iştirak etdilər.