Mənim ana dilim

21 fevral – Beynəlxalq Ana dili günüdür. Bu münasibətlə Nərimanov rayonu 207 saylı tam orta məktəbdə “Ana dili mənəviyyatımız” mövzusunda tədbir keçirildi.Tədbiri məktəbin ana dili və ədəbiyyat müəllimi Ələddinova Zemfira açdı.O, dilimizin dövlət dili adlandırılmasının tarixindən, ana dilimizin keçdiyi mərhələlərdən danışdı.Şagirdlərin ifasında ana dilinə həsr olunmuş şeirlər Məmmədli Səməndər, Rzazadə Nadir, Zeynallı Zeybə, Hümbətova Fadilə, Şıxəliyeva Tünzalə, Abdülrəhmanova Rəhilə tərəfindən səsləndi.Tədbirdə məktəbdə “Mənim doğma dilim” mövzusunda keçirilən inşa müsabiqəsində qalib gələn şagirdlər xüsusi qeyd olundu və onlara hədiyyələr təqdim olundu. Daha sonra məktəbin kitabxana müdiri Məmmədova Məlahət dövlətimizin , ana dilimizin inkişafına göstərdiyi qayğıdan, Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın ana dilimiz uğrunda apardıqları mücadilədən söz açdı. Sonda məktəbdə “Mənim doğma dilim” mövzusunda keçirilən inşa müsabiqəsində qalib gələn şagirdlər xüsusi qeyd olundu və onlara hədiyyələr təqdim olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi