“Ekoloji mədəniyyət və incəsənət. Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası” mövzusunda dəyrmi masa keçirildi

2016/2017 – ci tədris ilinin fevral ayı Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan bütün ümumtəhsil məktəblərində “Ekoloji mədəniyyət və incəsənət. Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası” mövzusu ətrafında araşdırma, fəaliyyət və müxtəlif məzmunlu tədbirlərin həyata keçirilməsi planlaşdırılmışdır. Bununla əlaqədar olaraq bu gün məktəbimizin tarix müəllimi Paşayeva Yeganə “Ekoloji mədəniyyət və incəsənət. Azərbaycanın tarixi və etnoqrafiyası” mövzusunda 5 a sinfində dəyirmi masa keçirdi. Müəllim XIX əsrdə Qara şəhərin necə yarandığını, böyük ərazilərin necə yararsız sahəyə çevrildiyi haqda şagirdlərə məlumat verərək dedi ki, ekoloji normalara riayət etmədən neft əməliyyatlarının aparılması, neftin necə gəldi çıxarılması nəticəsində bu ərazilər tam yararsız bir sahəyə çevrilmişdir . Müəllim “Bakı Ağ şəhər” dövlət proqramı haqqında və Prezident İlham Əliyevin bu layihəylə bağlı fikirlərini şagirdlərə çatdirdi. Hörmətli Prezidentimiz İlham Əliyev Ağ şəhərin təməl qoyma mərasimində demişdir. “Bu şəhərin yaradılması rəmzi məna daşıyır. Çünki “ Qara şəhər” ərazisində “Ağ şəhər” yaradılır. Mən ümid edirəm ki, yaxın zamanlarda bu ərazilərdə gözəl binalar tikiləcək, ucaldılacaqdır. Hər bir bina memarlıq abidəsi olmalıdır. Hər bir bina çox böyük zövqlə, səliqə ilə, peşakarlıqla tikilməlidir ki, bizimi gözəl şəhərimiz daha da gözəlləşsin”.Daha sonra Ağ şəhərin gələcək görüntüləri haqqında video çarx nümayiş etdirildi. Müəllim bu mövzü haqqında şagirdlərin suallarına ətraflı cavab verdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi