Məktəb İlk Həmkarlar Təşkilatının iclası.
15.02.2017 – ci il tarixdə məktəbimizdə Məktəb İlk Həmkarlar Təşkilatının hesabat – seçki iclası oldu. İclasda RHİK – nın nümayəndəsi Vüsalə Əbilova, məktəbin direktoru Seyidova Sədaqət və Hİ –nin üzvləri iştirak edirdi. İclasda Məktəb İlk Həmkarlar Təşkilatının sədri İsmayılova Sədaqət çıxış edərək təşkilatın 2 illik fəaliyyəti (2015-ci ilin fevral ayından 2017- ci ilin fevral ayına qədər) və görülən işlər barədə Hİ-nin üzvlərinə məlumat verdi. İclasda həmçinin Məktəb İlk Həmkarlar Təşkilatının yeni üzvləri seçildi və təşkilatın sədri səsvermə yolu ilə yenidən İsmayılova Sədaqət təsdiq olundu.