Ümum təhsil məktəblərində Danışıq Kulubları yaradılması

2016-2017-ci il tədris ilindən etibarən BŞTİ –nə tabe bütün Ümumi təhsil məktəblərində İngilis dilində Danışıq Kulubların yaradılması layihəsi başlanmışdır. Klubların səmərəli şəkildə yaradılması və məktəblərə lazımi dəstəyin göstərilməsi məqsədi ilə ilkin olaraq Bakı şəhəri 12 inzibati rayon üzrə pilot məktəblərin müvafiq ingilis dili müəllimləri Bakı şəhəri üzrə təhsil idarəsi və Amerika səfirliyinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Ümumi təhsil məktəblərində ingilis dilində danışıq Kulubların Yaradılması” təlimlərinə cəlb olunmuşdur və bu təlim Amerika Səfirliyinin əməkdaşı dil daşıyıcısı Mary Boehmer tərəfindən həftədə bir dəfə olmaqla çərşənbə günləri saat 15:00 Nəsimi rayonu 35 nömrəli tam orta məktəbdə aparılır və bizim məktəbin ingilis dili müəllimi Reyhan Rzayeva da bu təlimlərdə iştirak edir. Təlimlər zamanı “Danışıq Klubların “ümumtəhsil məktəblərində təsis olunması, klub proqramının hazırlanması, yaş qruplarına uyğun fəaliyyətlərin təşkili, şagirdlərin kluba cəlb edilməsi metodları, hesabatlığın aparılması və.s kimi danışıq klubların yaradılması və idarə edilməsi ilə bağlı fundamental məlumatlar təlimçi-müəllimlərə çatdırılır. Mary Boehmer tərəfindən aparılam və həmin təlimlərdə iştirak edən Nərimanov rayonu üzrə seçilən Reyhan Rzayevanın üzərinə düşən öhdəlik bir təlimdən növbəti təlimədək əldə etdiyi məlumatları eyni şəkildə hər bazar ertəsi saat 11:00 – da bizim məktəbdə Nərimanov rayon üzrə yönəldilmiş müəllimlərə çatdırmaqdır. Mary Boehman apadığı təlimin nəticəsi olaraq bu təlimdə iştirak edən müəllimlərə sertifkat veriləcək.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi