20 Yanvar - Ümumxalq hüzn günü

Bu gün məktəbimizdə 1-ci dərs saatı bütün siniflərdə 20Yanvar-Ümumxalq hüzn günü kimi qeyd olundu. Daha sonra məktəbin akt zalında 20 yanvar faciəsi ilə bağlı geniş tədbir keçirildi. Tədbirdə məktəbin 5,7,9 və 10- cu sinif şagirdləri iştirak etdilər. Onlar şeirlər səsləndirdilər, o gecə ilə bağlı kiçik səhnələr nümayiş etdirdilər. 20 Yanvar faciəsi həm hüzn, həm də şərəf günümüzdür. Azadlıq harayını boğmağa yönəlmiş bu insan qırğını, öz canını vətən yolunda qurban verənləri cənnətə, Azərbaycanı isə müstəqilliyə qovuşdurdu. Vətən, xalq və azadlığımız yolunda canlarını fəda edən şəhidlərimizin xatirəsi əbədi olaraq yaddaşımızda qalacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi