Nizami Gəncəvi- 875

Bu gün məktəbimizdə Nizami Gəncəvi yaradıcılığı ilə bağlı tədbir keçirildi. Nizami yalnız Azərbaycan ədəbiyyatında deyil, bütün dünya ədəbiyyatında müstəsna yer tutan bir şairdir. Dünya ədəbiyyatı tarixinə Nizami məsnəvi formasında yazdığı 5 poemadan ibarət “Xəmsə” müəllifi kimi daxil olub. 875 il bundan əvvəl düşünülməsinə baxmayaraq yaşadığımız bu günlərdə belə Nizami yaradıcılığı aktual deyiləcək qədər təzə və yenidir.Tədbirdə məktəbin 5,7,10, 11 – ci sinif şagirdləri iştirak etdilər. Şagirdlər Nizami Gəncəvinin əsərlərindən hazırlanmış kiçik səhnəcikləri nümayiş etdirdilər. Tədbirin sonunda məktəbin direktoru Sədaqət xanım Nizami Gəncəvinin və onun irsinin uzun və əbədi olduğunu bir daha qeyd etdi. Həmçinin tədbirdə” Bilik Fondu”nun şöbə müdiri Hacı müəllim də bu dahi şəxsiyyət haqqında öz fikirlərini şagirdlər və qonaqlarla bölüşdü. İnsanı kamilləşdirən və tərbiyə edən bu əsərlər daim şagirdlər tərəfindən seviləcək və yaşadılacaq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi