Buraxılış imtahanı öncəsi şagirdlərlə psixoloqların görüşü

Aprelin 5-i 2023-cü il tarixdə IX sinif şagirdlərinin buraxılış imtahanına hazırlığının təmin olunması məqsədilə şagirdlərlə görüş təşkil olundu.

Görüşdə Təlim-tərbiyə işləri üzrə direktor müavini Elnarə Məmmədova, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifəsini icra edən Sədaqət Əliyeva, buraxılış fənni müəllimləri, məktəbin psixoloqları Məmmədova Məlahət və Fərmanlı Könül iştirak etdilər.

Görüş ərzində Azərbaycan dili və ingilis dili fənni üzrə şagirdlərə verilə biləcək model testlər, buraxılış imtahanın ümumi qaydası və.s haqqında söhbətlər aparıldı. İmtahan boyunca stresin aradan qaldırılması, imtahan müddətində vaxtdan düzgün istifadə yolları və digər məsələlər barədə müzakirələr aparıldı.

Sonda şagirdlərinin sualları dinlənildi, rəhbərlik tərəfindən cavablandırıldı.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi