Erkən nikah və pis vərdişlərlə mübarizə

24.10.2022- ci il tarixində 207 saylı tam orta məktəbin psixoloqları ilə birgə UBTR-i narkomaniya ilə mübarizə işinin gücləndirilməsi məqsədilə maarifləndirici görüş təşkil edilmişdir.

Məktəbin 10ç sinif şagirdləri ilə aparılan "Dəyirmi masa"da narkotik vasitələr və tütün məhsullarının insan orqanizminə və eləcə də həyatına vurduğu zərərlər haqqında real həyat hekayələri əks olunan videoçarx nümayiş edildi.

Məktəbin ixtisaslaşmış psixoloqları Mətanət Məmmədova və Könül Fərmanlı çıxış edərək, nəinki məktəb həyatında, ümumilikdə təhsilin bütün pillələrində şagirdlərin pis vərdişlərlə mübarizə yolları haqqında söhbət apardı.

Məktəbin fəaliyyət planına uyğun olaraq tez-tez keçirilən bu görüşlər təhsilalanların maarifləndirilməsində böyük rol oynayır, cəmiyyətin yetişən gənc nəslində pis vərdişlərlə bağlı ictimai qınaq formalaşdırmsına köməkçi olur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi