Məktəbdə metodiki seminarlar
06.10.2022
S.Yolçuyev adına 207 nömrəli məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimləri ilə birgə metodbirləşmə iclası keçirildi. Məqsəd dərsin düzgün planlaşdırılması, daha səmərəli və effektiv təşkili üçün metodiki yanaşmaları Təlimə Dəstək Mərkəzi təşkil etdiyi seminarlar əsasında müəllimlərin nəzərinə çatdırılması idi. Tədris işləri üzrə direktor müavini Elnarə Məmmədova diaqnostik və formativ qiymətləndirmənin təşkili barədə çıxış etdi. Eləcə də dərsdinləmənin məqsəd və meyarları ilə müəllimlərləri tanış etdi. Metodbirləşmə rəhbəri Babayeva Gülşən müəllimə gündəlik planlaşdırma ilə bağlı çixış etdi. Rus bölməsinin Dövlət dili olaraq tədris edilən Azərbaycan dili fənninin metodbirləşmə rəhbəri Mahmudova Sevinc müəllimə fənnin məzmun xətləri üzrə təlim nəticələri haqqında danışdı.
Sonda müəllimlərin təklif və fikirləri dinlənildi.