"7-dən 17-yə Vətənpərvər"
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 22.09.2022 tarixli F-300 nömrəli əmrilə "7-dən 17-yə Vətənpərvər" layihəsinin keçiririlməsilə bağlı tədbirlər planına əsasən S. Yolçuyeva adına 207 saylı tam orta məktəbdə 27.09.2022 tarixdə Şəhidlərin anım günü qeyd edildi.
Məktəbin tarix muəllimi Paşayeva Yeganə müəllimin VIII c sinfilə birgə "Şəhidləri ehtiramla anırıq" adlı "dəyirmi masa" təşkil edildi.
Yeganə muəllimə 44 gunlük Vətən müharibəsinin keçdiyi yolları, Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin xalqı qələbəyə aparan siyasi fəaliyyətindən söz açdı. Daha sonra sagirdlərin hazırladıqları təqdimatlar dinlənilərək, qəhrəmanlarin döyüş yolu əks olunan videoçarxlar izlənildi.