Müəllimlərin sertifikasiya hazırlıq tədbirləri
Məktəbimizdə müəllimlərin sertifikasiya imtahanı ilə bağlı hazırlıq işlərinə start verildi. Bununla bağlı ibtidai ümumi təhsil səviyyəsinin pedoqoji kadrlar haqqında məlumat toplanıb BŞTİ-nə təqdim edildi. Görülən işlərə qiymətləndirmə çərçivəsində müəllimlərin məktəbdaxili təlimlərə qoşulması layihəsi həyata keçirilir. Belə ki, məktəbin rus bölməsi üzrə ibtidai sinif müəllimi, metodika ilə bağlı, beynəlxalq təlimlərdə uğurla iştirak etmiş İrina Əliyeva və təlim-tərbiyə işləri üzrə direktor müavini Elnarə Məmmədovanın təşkil etdiyi "Kurikulum-2022" adlı təlim online şəkildə həyata keçirildi.