15 İyun- Milli Qurtuluş Günü
Nərimanov rayonunda 15 iyun – Milli Qurtuluş Günü təntənəli şəkildə qeyd edilib. Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən “Qurtuluşdan Zəfərə” adlı bayram konsertində Azərbaycan Respublikasının Qurtuluşdan Qarabağ zəfərinə doğru şərəfli bir yol keçdiyi bildirilib. Tədbirdə Milli Qurtuluş Günün əhəmiyyətindən, Ulu Öndər Heydər Əliyevin dövlətimiz qarşısındakı böyük xidmətlərindən və Möhtərəm Prezident cənab İlham Əliyevin dahi rəhbərliyi, böyük cəsarəti və əzmkarlığı sayəsində əldə olunan tarixi zəfərdən danışılıb.Tədbirdə müəllim kollektivinin üzvləri də iştirak etdi.