28 MAY MÜSTƏQİLLİK GÜNÜ

27.05.2022-ci il tarixində məktəbimizdə  28 May – Müstəqillik Günü ilə əlaqədar olaraq "Müstəqilliyimiz əbədidir, Dövlətimiz yenilməzdir” adlı tədbir keçirildi. Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Tədbirdə məktəbimizin Azərbaycan dili və ədəbiyyatı müəllimi Əliyeva Sevinc, Xor dərnəyinin rəhbəri Qədirova Sevinc, məktəbdə fəaliyyət göstərən 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin Bədii qiraət dərnəyinin rəhbəri Cəfərova Ədilə, UBTR, müəllim və şagird kollektivi iştirak etdi.

Məktəbin tədris və tərbiyə işləri üzrə direktor müavinləri çıxış edərək qeyd etdi ki, 28 May – Müstəqillik Günü şanlı tariximizə qızıl hərflərlə həkk olunmuş, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan bir gündür. Zəfər tarixini yaşayan xalqımız qəhrəmanlıq məbədi Şuşanın azadlığını, müstəqilliyini daim qoruyacaqdır.

Daha sonra şagirdlər xalqımızın milli və siyasi qürurunun, tarixi, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan xalqının özünün və Şərqin ilk demokratik,hüquqi, dünyəvi və parlamentli respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından bəhs etdilər.

Tədbirdə Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tariximizin ən şərəfli səhifələrindən biri olduğu bildirilib, ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, respublikamızın inamla irəlilədiyi, regionda və dünyada lider dövlətə çevrildiyi nəzərə çatdırılıb.

Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan Məhəmməd Əmin Rəsulzadəyə həsr olunmuş videoçarx nümayiş etdirildi. Şagirdlər Azərbaycana həsr olunmuş mahnılar,rəqslər ifa etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi