Ulu Öndərin 99 illiyi

10 may 2022 - ci il tarixində məktəbimizdə Ümumilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar, məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Əliyeva Sevinc və dərnək rəhbəri Cəfərova Ədilə müəllimənin təqdimatında V c və VII c sinif şagirdləri ilə "Ulu Öndərin anadan olmasının 99-cu ildönümü" mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Heydər Əliyevin siyasi irsindən, onun həyat və fəaliyyətindən, Azərbaycan Respublikasının müstəqilliyinin bərpasından bəhs olundu. Heydər Əliyev çox çətin və keşməkeşli biz zamanda Azərbaycan xalqının müstəqilliyinin əsas təminatçısı olmuşdur. Müstəqilliyimizin bərpası uğrunda Ulu Öndərin əvəzolunmaz addımları vurğulandı. Görüşdə şagirdlər və məktəb rəhbərliyi Ümumilli liderin xatirəsini dərin hörmət və ehtiramla andı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi