Vətən sərhəddən başlayır
Nərimanov rayonunda “Vətən sərhəddən başlayır” adlı tədbir keçirilib.
05 aprel 2022-ci il tarixdə Bakı Biznes və Kooperasiya Kollecində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və Bakı Biznes və Kooperasiya Kollecinin birgə təşkilatçılığı ilə 2016-cı ilin aprel döyüşlərinə həsr olunmuş “Vətən sərhəddən başlayır” adlı tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov , dəvət olunmuş qonaqlarla yanaşı orta ümumtəhsil məktəblərinin müəllim heyəti və şagirdlər iştirak etmişlər.
Tədbirdə Nərimanov rayon məktəbliləri arasında 207 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdləri keçirilən inşa-yazı və rəsm müsabiqələrində fərqlənmiş və qalib gəlmiş şagirdlər İdarə tərəfindən müvafiq dərəcəli diplom və hədiyyələr ilə təltif olunublar.