"Bizim böyük qələbəmiz" adlı kitabın təqdimatı

14.03.2022-ci il tarixdə məktəbimizdə "Bizim böyük qələbəmiz" adlı kitabın təqdimatı keçirilmişdir. Tədbir məktəb kitabxanasında tədris işləri üzrə direktor müavini Elnarə Məmmədova, Tarix müəllimi Yeganə Paşayeva və şagirdlərin iştirakı ilə baş tutmuşdur.

Görüşdə Yeganə müəllimə çıxış edərək 44 günlük Vətən müharibəsinin gedişatı, şanlı qələbəmizin tarixi və ali baş komandan cənab İlham Əliyevin yüksək strateji əməliyyatlar və dünya mediyasıyasında layiqli cavabları barədə söhbət açmışdır.

Eləcə də kitabda öz əksini tapmış tarixi məlumatlar və faktlar barədə məlumat verilmiş, sonda Şuşanın fəthini əks etdirən AzTV-nin ekrana aldığı sənədli film nümayiş etdirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi