Qadınların cəmiyyətdə rolu
Ulu öndər qadınları şahlıq kimi qiymətləndirdiyi halda, müqəddəs Ananı həmişə şahlığın tacı kimi nəzərdə tuturdu. Qadınlarımız bu gün ailənin, ocağın sədaqətli qoruyucularıdır. Bu mövzuda Beynəlxalq Qadınlar Günü münasibətilə məktəbin akt zalında məktəbli qızlarla birgə görüş keçirilmişdir. Görüşdə məktəbin tərbiyə işləri üzrə direktor müavini Sədaqət Əliyeva, Psixoloq Könül Fərmanlı, Uşaq Birliyi Təşkilatı Rəhbəri Nərmin Tağıyeva və psixologiya üzrə ikinci ixtisas almış kitabxana müdiri Məmmədova Məlahət iştirak etdi. Tədbirdə 8 Mart qadınlar bayramının yaranma ve keçirilme səbəbləri, “Qadınların cəmiyyətdə rolu" mövzularına toxunuldu. Qızlarla semimi disskusiya şəklinde söhbətlər aparıldı. Onların fikirləri dinlənildi ve bir çox tövsiyyələr verildi.