Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

25.02.2022-ci il tarixində Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar N. Nərimanov rayonu S. Yolçuyev adına 207 nömrəli tam orta məktəbin tədbirlər planına əsasən Dram dərnəyinin rəhbərləri Əliyeva Sevinc, Xor dərnəyinin rəhbəri Qədirova Sevinc, məktəbin təşkilatçı direktor müavini Əliyeva Sədaqət xanımın birgə təşkil etdiyi faciə qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirildi. Məktəbin akt zalında  baş tutan tədbirdə məktəb rəhbərliyi və şagirdlər iştirak etmişdir.

Əvvəlcə, Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şagirdlərə videoçarx və slayd təqdim olundu.

Şagirdlər Xocalı faciəsi ilə bağlı şeirlər, musiqi səsləndirmiş, tarixi faciəsni əks etdirən kompazisiyalar nümayiş etmişdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi