YARIMİLİN YEKUNLARINA DAİR PEDAQOJİ ŞURANIN İCLASI KEÇİRİLDİ

 

Pedaqoji Şuranın məqsədi pedaqoji kollektivin hər bir üzvünü müəssisənin idarəolunmasına fəal cəlb etməklə demokratik şəraitdə qarşıda duran aktual məsələləri müzakirə etməkdən ibarətdir.

18 fevral 2022 - ci il tarixdə məktəbin akt zalında fəaliyyət planına uyğun olaraq növbəti Pedaqoji Şura iclası keçirildi. Pedaqoji Şura iclasında məktəbin direktoru Sədaqət xanım Seyidova, təlim - tərbiyə işləri üzrə direktor müavinləri Gulnarə Vəliyeva, Elnarə Məmmədova, Tərbiyə işləri üzrə direktor müavini Sədaqət Əliyeva, kitabxana müdiri, məktəbin psixoloqu, UBTR-i və müəllimlər iştirak etdilər.

Məktəb Pedaqoji Şura iclası məktəbin direktoru Sədaqət xanım Seyidova çıxışı ilə başladı. O pedaqoji heyəti salamladı və ardınca gündəlikdə olan məsələlər haqqında müəllimləri məlumatlandırdı.

İclasda I yarımilin yekunları müzakirə edildi. Buraxılış imtahanlarında nəzərdə tutulan Azərbaycan dili, Riyaziyyat və İngilis dili fənlərindən keçirilən böyük summativ qiymətləndirmənin nəticələri müzakirə edildi. Zəif nəticə göstərən şagirdlərlə işin təşkili barədə müəyyən məsləhətlər verildi. Bununla yanaşı 2021- 2022-ci dərs ilinin birinci yarımilində məktəbin və şagirdlərinin qazandığı nailiyyətlər pedaqoji heyətin nəzərinə çatdırıldı.

2021 - 2022 - ci dərs ilində məktəbdə IX sinif üzrə mərkəzləşdirilmiş qaydada aparılacaq buraxılış imtahanlarına hazırlıq, şagirdlərin Respublika fənn olimpiadalarının final turuna hazırlığı və digər məsələlər müzakirə edildi. İclasda direktor və direktor müavini ilə yanaşı məktəbin müəllimlərinin də çıxışları dinlənildi.

Şagirdləri Beynəlxalq Riyaziyyat müsabiqəsində bürünc medal və sertifikata layiq görülən müəllimlərə, eləcə də fəaliyyəti yüksək dəyərləndirilən kitabxana müdiri Məlahət Məmmədovaya da fəxri fərmanlar verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi