NARKOMANİYAYA YOX DEYƏK!

Ulu öndər Heydər Əliyev deyirdi: "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir".

04.02.2022 tarixində S. Yolçuyev adına 207 nömrəli tam orta məktəbin IX-XI sinif şagirdləri ilə akt zalında görüş keçirilmişdir. Bu görüşdə məktəb rəhbərliyi, o cümlədən direktor Sədaqət xanım Seyidova, Nərimanov RPİ Veteranlar Şurasının sədri polis polkovniki Ramiz Məmmədov, sədr müavini Eyvaz Nurməmmədov, Narkotiklərlə mübarizə bölməsinin əməliyyatçı polis leytenantı Rasim Abbaslı, YYÇ-inspektoru, polis kapitanı Emin Zeynalov iştirak etmişlər. Yetkinlik yaşına çatmış və bu dönəmdə qarşılaşa biləcək hər bir təhlükə barədə şagirdlərlərlə söhbətlər aparılmış, qabaqlayıcı tədbirlər haqqında məlumatlar verilmişdir.

Gənc nəslin sağlam ruhda boyüməsi xalqımız üçün çox vacibdir. Əziz gənclər, özünüzü və yaxınlarınızı pis vərdişlərdən qoruyun.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi