“Kiçik Akademiya”nın seminarları yekunlaşdı

Məktəbimizində fəaliyyət göstərən “Kiçik Akademiya” nın bölmələr üzrə seminarları yekunlaşdı. İncəsənət bölməsi üzrə keçirilən seminarda 17 nəfər şagird iştirak etmişdir. Musiqi və rəsm sahəsi üzrə fəaliyyət göstərən şagirdlərin təqdimatları nümayiş olundu. Görkəmli rəssam Əzim Əzimzadənin “Varlı evində toy”, “Kasıb evində toy”, “Novruz bayramı”, “Oxutmuram, əl şəkin!”, “Varlı evində Ramazan” ,“Kasıb evində Ramazan”və “Hopopnamə” əsərlərinə şagirdlərimiz tərəfindən çəkilən illüstrasiyalar nümayiş olundu. Seminarda məktəbin direktoru Nəzərli Mirnağı istedadlı şagirdlərin elmi və yaradıcılıq tədqiqatları barədə fikirlərini bildirdi və uğurlar arzuladı. Seminarda direktor müavini Qəniyeva Xanımqız, “Kiçik Akademiya”nın rəhbəri Əliyeva Samirə, bölmə rəhbəri Əlizadə Nərmin iştirak etmişdir.