“Sağlam nəsil – parlaq gələcək” layihəsi çərçivəsində növbəti görüş.

“Sağlam nəsil – parlaq gələcək” layihəsinin icrası çərçivəsində Buzovna İdman Zalı Kompleksinin direktoru Elşad Kərimov məktəbimizdə qonaq oldu. Görüş zamanı şagirdlərə sağlam həyat tərzi, müxtəlif idman növləri və fiziki fəaliyyətin əhəmiyyəti haqqında ətraflı məlumat verildi.
Tədbir çərçivəsində king boksinq idman növü üzrə master-klass nümayiş etdirildi. Master-klas Emin müəllim tərəfindən təqdim olundu və şagirdlər tərəfindən böyük maraqla qarşılandı. Onlara bu idman növünün əsas qaydaları, texnikaları və sağlamlığa təsiri haqqında praktiki məlumatlar verildi.
Bu cür maarifləndirici və motivasiyaedici görüşlər şagirdlərdə idmana marağın artırılmasına, sağlam həyat tərzinin təbliğinə və fəal gəncliyin formalaşmasına töhfə verir.
#SalamMəktəb #BakıTəhsilidarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #Tədbir #Xəzərməktəbləri #Buzovna #206məktəb #sağlamnəsilparlaqgələcək #sağlamnəsil