"Şəhidlər ölməz, vətən bölünməz" adlı tədbir.

   Azərbaycan Respublikası Elm və təhsil nazirinin “27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi barədə” 07.09.2021-ci il tarixli F-429 nömrəli əmrin icrasını təmin etmək məqsədilə H.İskəndərov adına 206 nömrəli tam orta məktəbdə "Şəhidlər ölməz, vətən bölünməz" adlı tədbir təşkil olunmuşdur.

   Tədbirdə pedaqoji kollektiv, şagirdlər, valideynlər iştirak edib. Həmçinin Türkiyə Müdafiə Sənayesi nazirliyinin məsul əməkdaşı Emin Əhmədov da tədbirdə iştirak etmişdir.

   Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin əziz ruhu 1 dəqiqlik sükutla yad edilib.

   Tədbiri açıq elan edən məktəbin direktoru Cavid Cəfərzadə bildirib ki, bu gün Azərbaycanda Anım Günüdür. Xalqımız II Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşən, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərini, bütün şəhidlərini dərin ehtiramla anır!

   Məktəbin tədbirlər planına əsasən təşkil olunan bu cür tədbirlər şagirdləri milli vətənpərvərlik ruhunda tərbiyə olunması üçün çox vacibdir. Hər bir azərbaycanlı öz millik kimliyi, tarixi və möhtəşəm qələbəsi barədə biliklərə sahib olmalı, bu şanlı tarixi gələcək nəsillərə ötürməlidir. Həmçinin çıxış zamanı məktəbin direktoru bildirib ki, ali baş komandan İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan torpaqları işğaldan azad olunmuş, Azərbaycan Respublikasının suverenliyi bərpa olunmuşdur.

   Tədbir boyunca “İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi... Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq" Müzəffər ali baş komandan İlham Əliyevin fikirləri səsləndirildi.

    Daha sonra 44 gün davam edən haqq mübarizəmizi özündə əks etdirən məlumatlar paylaşıldı. Şagirdlərin hazırlamış olduğu səhnəciklər nümayiş olundu. Şeirlər söylənildi, dualar edildi.

    Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkildi.

#SalamMəktəb #BakıTəhsilidarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #Tədbir #Xəzərməktəbləri #Buzovna #206məktəb #27sentyabranımgünü #Şəhidinitanı #ŞəhidlərÖlməzVətənBölünməz

#QarabağAzərbaycandır

#KarabakhisAzerbaijan

#AnımGünü

#27Sentyabr2020

#27SentyabrAnımGünü

Şəhidlər Ölməz!

Vətən Var Olsun!

Qəhrəmanlar unudulmur!

Sənə can qurban, Azərbaycan!

Şəhidlərimizə ehtiramla!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi