Pedaqoji Şuranın növbəti iclası

29 iyun 2018-ci il tarixində məktəbin Pedaqoji Şurasının növbəti genişləndirilmiş iclası keçirildi. İclası şuranın sədri, məktəbin direktoru Nailə Əhmədova açaraq iclas iştirakçılarını gündəlikdə duran məsələlərlə: Pedaqoji Şura iclaslarında qəbul edilmiş qərarların icra vəziyyəti haqqında, məktəbdə tədris və metodiki işlərin vəziyyəti, cari məsələlərlə tanış etdi. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Əzizə Kərimovanın il ərzində görülmüş işlər barədə geniş hesabatı dinlənildi.İclasda qeyd olunan məsələlər barədə müzakirələr keçirildi. Sonda məktəbin direktoru növbəti tədris ilində qarşıda duran məsələlər haqqında geniş məlumat verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi