Son Zəng

Bildiyimiz kimi bu gün Respublikamızın bütün ümumtəhsil məktəblərində “Son zəng “ təntənəli şəkildə qeyd edilir.Bu münasibətlə məktəbimizdə də geniş və təntənəli tədbir keçirildi.Tədbiri giriş sözü ilə məktəbin direktoru Əhmədova N.N. açdı .Qonaqları və bütün tədbir iştirakçılarını salamlayaraq 11-cilərə arzularını bildirdi. Sonra səhnəyə Azərbaycan bayrağı gətirildi və himn səsləndi.11-cilərin ilk müəllimləri , sinif rəhbərləri , valideynlər və digər müəllimlər ürək sözlərini söylədilər.Sonra söz 11-cilərə verildi.Kövrək baxışlı bu gənclər rəngarəng nömrələrlə doğma məktəblərinə vida etdilər. Sonda 11”B” sinif şagirdi Şamil Məmmədov və 1-ci sinif şagirdi balaca Hüseyn builki məzunlarımız üçün sonuncu zəngi səsləndirdilər.Məzunlarımızı ürəkdən təbrik edir, onlara yenicə qədəm qoyduqları müstəqil həyatda böyük uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi