Məktəbimizin şagirdləri ekskursiyada

12.06.2018-ci il tarixində məktəbimizin 5a, 6c, 7a, 8c sinif şagirdləri Şirvanşahlar saray kompleksi Dövlət Tarixi Memarlıq Muzeyinə ekskursiyaya getdilər. Avtobusdan düşərkən bizi muzeyin bələdçisi qarşıladı. Qız qalası haqqında maraqlı məlumatlar verdi. Şagirdlər yeri gəldikcə tariximizlə bağlı maraqlı suallar verdilər. Sonra Qız qalasının ətrafındakı qədim tikililərlə tanış oldular. Tariximizin daş yaddaşı olan bu abidələrə başqa ölkələrdən gələn turistlər də xüsusi maraq göstərirdilər. Bu da şagirdlərin diqqətini cəlb etdi. Gəzinti Şirvanşahlar sarayı və bu kompleksə daxil olan digər tarixi abidələrlə-məscid , türbə , divanxana ilə tanışlıqla sona çatdı. Şagirdlər bu gəzintidən böyük təəssüratla ayrıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi